Gürcüstanda kömür mədənində iki fəhlə ölüb

Gürcüstanda kömür mədənində iki fəhlə ölüb
# 02 iyun 2018 09:52 (UTC +04:00)

Gürcüstanın Tkibuli şəhərində yerləşən kömür mədənlərindən birində səhər saatlarında qəza baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə nəticəsində 2 fəhlə ölüb. Olay yerinə xilasedicilər cəlb olunub.

Qeyd edək ki, bu ilin aprelin 5-də Tkibulidə yerləşən Mindeli kömür mədənində baş vermiş uçqun nəticəsində 6 fəhlə ölüb, 3-ü isə xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR