Beyləqanda qətlə yetirildiyi ehtimal edilən 39 yaşlı qadının meyiti aşkarlanıb

Beyləqanda qətlə yetirildiyi ehtimal edilən 39 yaşlı qadının meyiti aşkarlanıb
# 03 aprel 2018 20:32 (UTC +04:00)

Beyləqanda mənzildən meyit aşkarlanıb. APA-nın yerli müxbirinin xəbərinə görə, Beyləqan şəhər Nizami küçəsi ev №7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının uzun müddət evdən çıxmamasına narahat olan qonşular DİN-in 102 “qaynar xətti”nə məlumat verib. Daxil olmuş məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları R.Əsədovanı yaşadığı mənzilə daxil olaraq, qadını orada ölmüş vəziyyətdə aşkarlayıb.

R.Əsədovanın qətlə yetirildiyi ehtimal olunur.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR