Bərdədə 9 nəfərlik məcburi köçkün ailəsinin yaşadığı ev yanıb

Bərdədə 9 nəfərlik məcburi köçkün ailəsinin yaşadığı ev yanıb
# 24 iyul 2017 11:51 (UTC +04:00)

Bərdədə məcburi köçkün ailəsinin yaşadığı üç otaqlı ev yanıb.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Nazırlı kəndində qeydə alınıb.

Laçın rayon sakini İsgəndərov Rauf Xankişi oğluna məxsus, 9 nəfərin yaşadığı evdə gecə saat 03:00 radələrində baş verən yanğında xəsarət alan olmasa da, evin yanar konstruksiyaları və əşyaları tamamilə yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR