Brüsseldə hərbçilərə hücum edən şəxs xəstəxanada ölüb - YENİLƏNİB-1

Brüsseldə hərbçilərə hücum edən şəxs xəstəxanada ölüb - <span style="color: red;">YENİLƏNİB-1
# 25 avqust 2017 23:38 (UTC +04:00)

Brüsseldə hərbçilərə hücum edən 30 yaşlı Somali əsilli kişi xəstəxanada keçinib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Belçika federal prokurorluğunun məlumatında bildirir.

Prokurorluq ilkin olaraq hadisəni terror aktı kimi qiymətləndirib.

İnsidentdən bir az sonra naməlum motosikletçi Brüsselin mərkəzində polis məntəqəsinin girişinə “Molotov kokteyli” ataraq qaçıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Qeyd edək ki, ötən axşam Belçikanın paytaxtında maçete (dəhrə) ilə silahlanmış şəxs hərbi patrula hücum edib. Hərbçilər atəş açaraq həmin şəxsi ağır yaralayıb.

***

01:08

Brüsseldə hərbçilərə hücum edən 30 yaşlı Somali əsilli şəxs ağır yaralanıb, onun xəstəxanaya yerləşdirildiyi bildirilir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hərbçilərdən biri üz nahiyəsi, digəri isə qolundan yüngül yaralanıb. Onlara tibbi yardım göstərilib.

İnsident Belçika paytaxtının mərkəzində, Emil Jakman bulvarında qeydə alınıb.

Belçika Federal prokurorluğu hadisəni terror aktı qiymətləndirib.

***

23:41

Belçikanın paytaxtında maçete (dəhrə) ilə silahlanmış naməlum şəxs hərbi patrula hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hücumu törədən şəxs güllələnərək öldürülüb.

İnsident nəticəsində bir neçə hərbçi yüngül yaralanıb, onların həyatlarına təhlükə olmadığı bildirilir. Hadisə yeri polis tərəfindən əhatə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR