İran şirkəti Azərbaycana yenidən avtomobil ixracına başlayıb

İran şirkəti Azərbaycana yenidən avtomobil ixracına başlayıb
# 01 fevral 2018 09:37 (UTC +04:00)

"Saipa" şirkəti 2017-ci ilin sonundan öz məhsullarının Azərbaycana yenidən ixracatına başlayıb.

APA-nın Tehran bürosunun İranın Ticarətin İnkişafı Təşkilatına istinadən verdiyi xəbərə görə, bunu İranın Azərbaycandakı ticarət atteşesi Məhəmməd İbrahim Nəqizadə deyib.

Onun sözlərinə görə, "Saipa" şirkətinin bundan öncə də Azərbaycana ixracatının olmasına baxmayaraq, iqtisadi böhrana görə ixracat bir müddət dayanıb. “İqtisadi böhranın sona çatması və İran rəsmilərinin Azərbaycanla danışıqlarının nəticəsində "Saipa" avtomobil şirkətinin Azərbaycana məhsullarının ixracatı yenidən başlayıb,” - deyə M.İ. Naqi qeyd edib.

M.İ. Naqi bildirib ki, hələlik Azərbaycana hər ay ixrac olunacaq avtomobilin sayı müəyyənləşməyib.

Qeyd edək ki, İran və Azərbaycan arasında avtomobil istehsalı üzrə birgə müəssisə yaradılıb. Avtomobil istehsalı üzrə birgə müəssisə Azərbaycanın Neftçala rayonunda tikilir. İranın “Iran Khodro” və Azərbaycanın “Azeurocar” şirkəti birgə "Dena", "Rana", "Soren" və "Samand" markalı avtomobillər istehsal edəcəklər. Birgə müəssisənin illik gücü təxminən 10 000 avtomobil təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR