AMB: Fevralda kredit qoyuluşlarının həcmi 5%-dən çox azalıb

AMB: Fevralda kredit qoyuluşlarının həcmi 5%-dən çox azalıb
# 11 aprel 2017 09:10 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi 2017-ci il martın 1-nə 15 424,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 307,7 mln. manat və ya 21,8% azdır.

Kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi fevralın 1-nə olan göstərici ilə müqayisədə 828,6 mln. manat və ya 5,1% azalıb. İlin əvvəli ilə müqayisədə isə bu göstərici 547 mln. manat və ya 3,42% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR