Dövlət İmtahan Mərkəzi rezidenturaya hazırlaşanlar üçün yeni vəsait hazırlayıb

Dövlət İmtahan Mərkəzi rezidenturaya hazırlaşanlar üçün yeni vəsait hazırlayıb
# 19 yanvar 2017 13:27 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanlarına hazırlaşanlara kömək məqsədilə “Bioloji kimya” adlı vəsait hazırlayıb.

DİM-dən APA-ya verilən xəbərə görə, vəsait Azərbaycan Tibb Universitetinin bioloji kimya fənni üzrə tədris proqramı və rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanıb. Vəsait tərtib olunarkən elmin müasir nailiyyətlərindən istifadə edilib, tədris prosesində qarşıya çıxan konkret problemlərə daha çox diqqət yetirilib. Vəsaitdə kimyəvi reaksiyalar zamanı yerini dəyişən atom və ya molekulların, eləcə də bəzi sxemlərin rəngli təsvir olunması, eyni zamanda mürəkkəb biokimyəvi proseslərin reaksiyalarının sözlə ifadəsinin də verilməsi namizədin öyrəndiyi materialı daha asan qavramasına və yadda saxlamasına şərait yaradacaq.

Vəsaitdən Azərbaycan Tibb Universitetinin, eləcə də tibb təhsili verən digər tədris müəssisələrinin tələbələri, bioloji kimya fənnini tədris edən müəllimlər istifadə edə bilərlər.

Vəsaitin elektron versiyasını TQDK-nın rəsmi saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR