Gömrükçülər külli miqdarda psixotrop dərman aşkar edib

Gömrükçülər külli miqdarda psixotrop dərman aşkar edib
# 18 sentyabr 2017 15:42 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda psixotrop tərkibli dərman preparatlarının dəniz sərhədləri istiqamətində, İrandan Azərbaycana daşınmasının qarşısı alınıb.

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan vətəndaşı Quliyev Rəsul Sabir oğlu hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək satış məqsədi ilə İrandan Azərbaycana keçirilərək Astara rayonu ərazisində 2 ədəd kisədə gizlədilmiş 2180 ədəd psixotrop tərkibli "Mydrax" dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Dövlət Gömrük Komitəsi Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR