Futbol üzrə bir sıra yoldaşlıq görüşləri keçirilib - NƏTİCƏLƏR

Futbol üzrə bir sıra yoldaşlıq görüşləri keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 28 may 2018 23:04 (UTC +04:00)

Bir sıra milli komandalar yoldaşlıq oyunlarında üz-üzə gəliblər. Apasport.az saytının məlumatına görə, onların arasında DÇ-2018-in iştirakçıları da var.

Nigeriya Konqo DR ilə gücünü sınayıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Cənub qonşumuz İran yığması qardaş Türkiyə millisi ilə qarşılaşıb. İstanbulda baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Mundialın digər iştirakçısı Səudiyyə Ərəbistanı isə İsveçrədə DÇ-dən kənarda qalan İtaliyaya uduzub - 1:2.

Portuqaliya – Tunis qarşılaşmasının hər iki iştirakçısı isə Rusiyada təşkil olunacaq dünya çempionatında yarışan komandalar olub. bu oyunda da qalib müəyyənləşməyib - 2:2.

Mundialın əsas favoritlərindən biri olan Fransa yığması isə İrlandiyanı məğlub edib - 2:0.

Hazırlıq oyunları

28 may

Bosniya və Herseqovina – Monteneqro - 0:0

Nigeriya – Konqo DR - 1:1

Qollar: Trust Ekonq, 15 - Malanqa, 78

Türkiyə – İran - 2:1

Qollar: Cenk Tosun, 6, 50 - Dejagah, 90+2

İtaliya – Səudiyyə Ərəbistanı - 2:1

Qollar: Balotelli, 21, Belotti, 68 - Əl Şəhri, 72

Portuqaliya – Tunis - 2:2

Qollar: Silva, 22, Joao Mario, 34 - Badri, 39, Ben Yusef, 64

Fransa – İrlandiya - 2:0

Qol: Jiru, 40, Fekir, 44

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR