Baş məşqçi oyun gedə-gedə istefaya göndərilib

Baş məşqçi oyun gedə-gedə istefaya göndərilib
# 28 dekabr 2019 00:34 (UTC +04:00)

Belçika çempionatının XXI turunda qeyri-adi hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, “Ostende” klubu oyunun gedişində baş məşqçisi Kare İnqebriqtseni istefaya göndərib.

Hadisə XXI turun “Şarlerua” ilə səfər qarşılaşması zamanı yaşanıb. Meydan sahiblərinin 3:0 hesabı ilə öndə olduğu vaxt “Ostende”nin rəsmi tvitter səhifəsi istefa barədə xəbər yayıb.

Bundan 20 dəqiqə sonra isə K.İnqebriqtsen Kiprin APOEL klubunun baş məşqçisi təyin olunub. Bir müddət əvvəl Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ” klubunun rəqibi olmuş və həmin vaxt da baş məşqçiləri tez-tez dəyişməyi sevən Nikosiya təmsilçisi “Ostende”nin çalışdırıcısını “oğurlayıb”.

Oyun zamanı rəsmiləşən istefanın səbəbkarı da APOEL-dir. Kiprlilər baş məşqçi ilə anlaşsalar da, “Ostende” mütəxəssisi buraxmaq istəməyib. “Şarlerua” ilə matçın gedişində klub rəhbərliyi başa düşüb ki, K.İnqebriqtseni saxlamaq mənasızdır.

Qeyd edək ki, “Ostende” baş məşqçisinin istefaya göndərildiyi oyunda 0:5 hesabı ilə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR