"BakuBus"a məxsus avtobusun sürücüsünə qarşı xuliqanlıq edilib

"BakuBus"a məxsus avtobusun sürücüsünə qarşı xuliqanlıq edilib
# 31 yanvar 2018 13:59 (UTC +04:00)

"BakuBus"a məxsus 90-JH-110 dövlət qeydiyyat nişanlı 175 saylı marşrut avtobusunun sonuncu - Səməd Vurğun bağı dayanacağında sürücüyə qarşı xuliqanlıq hadisəsi baş verib.

“BakuBus” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, sərnişinlərdən biri qaydaları pozaraq ödəniş etmədən avtobusa daxil olub və sürücü mikrofonla sərnişinə xəbərdarlıq edib.

“Qəzəblənən sərnişin ictimai yerdə kifayət qədər yaşı olan sürücünü nalayiq sözlərlə təhqir etməyə başlayıb və onun üzərinə gəlib. Ətrafdakı sərnişinlər müdaxilə etdikdən sonra sərnişin yenə ödəniş etmədən geri qayıdıb və sürücü bununla bağlı yaxınlıqdakı xətt dispetçerini dəvət etmək üçün avtobusu tərk edib. Bundan sonra hadisə yerinə polis əməkdaşları dəvət olunub və bunu görən həmin sərnişin dərhal tələsik şəkildə avtobusu tərk edib”, - deyə məlumatda qeyd olunub.

Baş vermiş hadisəyə hüquqi qiymətin verilməsi üçün video görüntülər aidiyyatı üzrə təqdim olunacaq: “BakuBus olaraq bu cür sərnişinlərimizi bir daha ictimai nəqliyyatdan istifadə edərkən qaydalara əməl etməyə dəvət edirik. Nəzərə almaq lazımdır ki, bu kimi qaydalara zidd hərəkətlər sükan arxasında əyləşən, onlarla sərnişinin həyatı üçün məsuliyyət daşıyan sürücülərin psixoloji vəziyyətinə mənfi təsir etməklə yanaşı, təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsinə ciddi maneə yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR