Dövlətə xəyanətdə ittiham olunan şəxsin şikayəti üzrə məhkəmə başlayıb

 Dövlətə xəyanətdə ittiham olunan şəxsin şikayəti üzrə məhkəmə başlayıb
# 19 iyul 2017 08:51 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini İnqilab Əhədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrlik etdiyi ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 25-nə təyin edilib.

İttihama görə, Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən olunub. Bununla əlaqədar İ.Əhədov DTX-nın İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 27 yanvar 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Əhədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR