Qaxda xəsarətlə nəticələnən yol qəzası baş verib

Qaxda xəsarətlə nəticələnən yol qəzası baş verib
# 02 aprel 2018 20:00 (UTC +04:00)

Qaxda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 18 radələrində Qax şəhəri İçəribazar küçəsində yaşayan 1963-cü il təvəllüdlü Ələddin İbrahim oğlu Həsənov travmatik şok vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 55 yaşlı Ələddin Həsənov idarə etdiyi minik maşını ilə qəzaya düşməsi məlum olub. Ələddin Həsənova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR