Sumqayıtda süni göldə bir həftə əvvəl batan şəxsin meyiti çıxarılıb

Sumqayıtda süni göldə bir həftə əvvəl batan şəxsin meyiti çıxarılıb
# 10 aprel 2018 10:04 (UTC +04:00)

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində süni göldə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, aprelin 3-də göldə batdığı ehtimal edilən 1982-ci il təvəllüdlü Qurbanov Tərlan Hüseynalı oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR