Azərbaycandakı hərbi attaşelər hərbi hissəni ziyarət ediblər

Azərbaycandakı hərbi attaşelər hərbi hissəni ziyarət ediblər
# 08 noyabr 2016 15:38 (UTC +04:00)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Hərbi Dəniz Qüvvələrinə (HDQ) tanışlıq səfəri təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, on dörd dövləti təmsil edən 20-dən çox hərbi attaşelik aparatının nümayəndələrinə HDQ barədə brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda, qonaqlar hərbi hissənin qərargahı, silahlanmasındakı hərbi texnikası, şəxsi heyətin yerləşmə şəraiti, inzibati binaları, əsgər yeməkxanası və digər obyektləri ilə tanış olublar.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR