ABŞ-da məktəbdə silahlı insident baş verib

ABŞ-da məktəbdə silahlı insident baş verib
# 20 sentyabr 2017 22:20 (UTC +04:00)

ABŞ-ın İllinoys ştatında məktəbdə silahlı insident qeydə alınıb.

APA-nın məlumatına görə, bu barədə CBS News xəbər verib.

Hadisə nəticəsində bir məktəbli yaralanıb. Onun xəstəxanaya yerləşdirildiyi, həyatına təhlükə olmadığı bildirilir. Məlumata əsasən, atəş açan şəxsi məktəb müəllimlərindən biri tərksilah edib.

İnsidentin səbəb və motivləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR