“Nikoyl Bank”ın səhmdarları Londona toplaşır

“Nikoyl Bank”ın səhmdarları Londona toplaşır
# 17 yanvar 2017 06:26 (UTC +04:00)

Bu ilin yanvarın 17-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi planlaşdırılan “Nikoyl Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı təxirə salınıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, səhmdarların növbədənkənar ümumi yığıncağı bu ilin fevralın 8-də Birləşmiş Krallıq, London şəhəri, Pikadili 21-də yerləşən “Le Méridien Piccadilly” otelində keçiriləcək.

Yığıncaqda Müşahidə Şurasının, Audit Komitəsinin tərkibinin dəyişdirilməsi, audit komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi, bankın nizamnaməsinin yeni redaksiyada təsdiq olunması məsələlərin müzakirəsi nəzərdə tutulub.

Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallar səhmdarların elektron ünvanlarına göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR