Quldurluqda təqsirləndirilən yeniyetməyə hökm oxunub

Quldurluqda təqsirləndirilən yeniyetməyə hökm oxunub
# 01 fevral 2018 10:45 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 15 yaşlı Rüfət İmamverdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, R. İmamverdiyev bir neçə nəfəri döyərək pulunu alıb. O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR