Zaqatalada yük avtomobili yanıb

Zaqatalada yük avtomobili yanıb
# 30 aprel 2018 18:30 (UTC +04:00)

Zaqatalada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala rayonu, Qımır kəndində "Mercedes" markalı yük avtomobilinin qoşqusunun 6 ədəd arxa təkərləri və 2 m2 sahədə çadır örtüyü yanıb.

Yük avtomobili və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR