Külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkədən çıxarılmasının qarşısı alınıb

Külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkədən çıxarılmasının qarşısı alınıb
# 08 dekabr 2017 07:07 (UTC +04:00)

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, İdarənin Sərnişin şöbəsində Azərbaycandan İrana piyada yolla getmək istəyən Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı, vətəndaşın üzərində əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan edilməyən 14,8 min dollar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR