Nazir: “Cəfər Cabbarlının ev muzeyi 2006-cı ildən dövlət balansında deyil”

Nazir: “Cəfər Cabbarlının ev muzeyi 2006-cı ildən dövlət balansında deyil”
# 05 mart 2019 14:52 (UTC +04:00)

“Cəfər Cabbarlının ev muzeyi 2006-cı ildən dövlət balansında deyil”.

ONA xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, bina Cəfər Cabbarlının varislərinə məxsusdur: “Onları varislikdən məhrum etmək etik qaydalara sığışmır. Bina artıq baxımsız vəziyyətdədir, amma dövlət balansında olmadığı üçün biz onu təmir edə bilməmişik. Biz yalnız 2010-cu ildə muzeyin eksponatlarını Tear Muzeyinə köçürmüşük. Əgər Cəfər Cabbarlının ailəsi orada bina tikilməsinə qərar versə, biz bununla razılaşmalı olacağıq. Mən deyim ki, dünyada və ölkəmizdə də belə təcrübə var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR