Prokuror Bakıda iki nəfərin öldüyü qəzaya görə tutulan sürücülər barəsindəki hökmdən protest verib

Prokuror Bakıda iki nəfərin öldüyü qəzaya görə tutulan sürücülər barəsindəki hökmdən protest verib
# 09 dekabr 2017 08:22 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Qərib Eyvazlı və Əli Abdullayevin barəsindəki hökmdən apellyasiya şikayəti və protesti verilib.

APA-nın xəbərinə görə, cinayət işi Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun icraatında araşdırılacaq. Məhkəmənin ilkin baxış iclası dekabrın 13-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin mart ayında Binəqədi-Mehdiabad yolunda Bakı sakini Ə.Abdullayevin idarə etdiyi "Range Rover" markalı avtomobil Q.Eyvazlının idarə etdiyi "VAZ-21015" markalı maşınla toqquşub.

Nəticədə "VAZ-21015" markalı avtomobildə olan Ramiz Muradov və Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. Eyvazlı 8 il müddətinə azadlıqdan və 3 il avtomobil idarə etmək hüququndan məhrum edilib.

Əli Abdullayevin isə əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılıb, məhkəmə zalından azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR