Sumqayıtda iki otaqlı mənzil yanıb

Sumqayıtda iki otaqlı mənzil yanıb
# 15 avqust 2017 22:00 (UTC +04:00)

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan təmiri başa çatmamış 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin eyvanında 10 m2 sahədə taxta qırıntıları və kağız kisələr yanıb, yüksək temperaturdan eyvanın plastikdən ibarət giriş qapısı və pəncərə çərçivəsi qismən əriyib. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 21:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR