BQXK Elnur Hüseynzadə ilə görüşmək üçün tərəflərlə danışıqlara başlayıb

BQXK Elnur Hüseynzadə ilə görüşmək üçün tərəflərlə danışıqlara başlayıb
# 07 fevral 2017 12:18 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ermənilərin əlinə düşən Elnur Hüseynzadə ilə bağlı tərəflərlə dialoqa başlayıb.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, BQXK saxlanılan şəxsə baş çəkmək üçün aidiyyəti tərəflərlə ikitərəfli konfidensial dialoq aparır: “Münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə beynəlxalq humanitar hüquq normalarına görə BQXK-nın mandatıdır”.

Qeyd edək ki, Azərbaycan vətəndaşı E. Hüseynzadə bir neçə gün əvvəl Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR