Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının bağlanış mərasimi keçirilib - FOTOSESSİYA

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının bağlanış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 15 iyul 2018 17:35 (UTC +04:00)

Rusiyada keçirilən Futbol üzrə Dünya Çempionatının bağlanış mərasimi keçirilib.

APA-nın xüsusi müxbirinin " Lujniki" stadionundan verdiyi xəbərə görə, bağlanış mərasimi yerli vaxtla saat 17:30-da başlayıb və 15 dəqiqə davam edib.

Bağlanış mərasimi üçün təşkil olunan xüsusi səhnəyə dünya ulduzları Niki Cem və Era İstrefi çıxıblar. Daha sonra onlara Hollivud ulduzu Uil Smit qoşulub.

Onları ifalarından sonra səhnəyə turnirin talismanı olan Zabivaka və dünyaca məşhur rus opera müğənnisi Aida Qarifulina çıxıb. "Kalinka" mahnısı ifa edən Qarifulinanı dünyaca məşhur braziliyalı Ronaldinyo stadionda müşayiət edib.

Sonda sonuncu dünya çempionu Almaniyanın kapitanı olmuş Filip Lam Dünya Kubokunu stadiona gətirib.

Moskva vaxtı ilə saat 18:00-da mundialın Xorvatiya və Fransa milli komandaları arasında olan final matçı başlayıb.

Qeyd edək ki, Rusiyanın 11 şəhərində keçirilən futbol üzrə Dünya Çempionatı iyunun 14-də başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR