Penitensiar Xidmətdə qulluğa qəbul edilmiş əməkdaşların andiçmə mərasimi keçirilib

Penitensiar Xidmətdə qulluğa qəbul edilmiş əməkdaşların andiçmə mərasimi keçirilib
# 16 iyul 2018 15:50 (UTC +04:00)

Bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində orta rəis heyətinə qulluğa qəbul edilmiş 37 əməkdaşın andiçmə mərasimi keçirilib.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, gənc əməkdaşlara ədliyyə nazirinin müavini Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənovun təbriki çatdırılıb, gələcəkdə dövlətə və xalqa sədaqətlə xidmət etmək, ədliyyə işçisi adını daima uca tutmaq tövsiyə edilib.

Gənc əməkdaşlar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR