Şəkidə 78 yaşlı qadın intihara cəhd edib

Şəkidə 78 yaşlı qadın intihara cəhd edib
# 18 yanvar 2018 15:35 (UTC +04:00)

Bu gün axşam Şəki şəhərinin Ə. Qarayev küçəsi, ev 8 ünvanında yaşayan 1940-cı il təvəllüdlü Abidə Hüseynçələbi qızı Səmədova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, son zamanlar əsəb xəstəliyindən əziyət çəkən 78 yaşlı Abidə Səmədova intihar məqsədilə dərman qəbul edib. Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR