Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib

Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib
# 18 sentyabr 2017 15:35 (UTC +04:00)

Müdafiə Nazirliyinin rəhbərliyi genişmiqyaslı təlimlərin keçirildiyi bölgədəki hərbi hissədə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlik rəhbərliyi Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstünü ziyarət edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümümqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Əsas diqqət mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində kəşfiyyat, maskalanma, istehkam, atəşlə zərərvurma və digər döyüş təminatı məsələlərinə yönəldilib.

Qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması, döyüş tapşırıqlarının aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi və qərarın məruzəsindən sonra qoşunların idarə olunması üzrə müvafiq göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR