Həyat yoldaşını stəkanla qətlə yetirən şəxs 19 il müddətinə azadlıqdan məhrum edilib

Həyat yoldaşını stəkanla qətlə yetirən şəxs 19 il müddətinə azadlıqdan məhrum edilib
# 18 yanvar 2017 14:11 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Müzəffər Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Piriyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Səbail rayonu, Gülbala Əliyev küçəsi 13 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1971-ci il təvəllüdlü M.Piriyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını qətlə yetirib. Hadisədən sonra M.Piriyev özü polisə gələrək hadisə barədə məlumat verib. İlkin dindirilmə zamanı o, arvadını boğduğunu bildirib. Amma meyitin müayinəsi zamanı müəyyən edilib ki, qadın beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub. M.Piriyev şüşə stəkanla həyat yoldaşının başına bir neçə zərbə vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR