Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin məhkəməsi davam edib

Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin məhkəməsi davam edib
# 07 fevral 2017 08:41 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasıminin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Buna görə, iclas fevralın 11-nə təyin edilib.

Qeyd edək ki, M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən ölüb, M.Qasımi saxlanılıb.

Qətlə yetirilən F. Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR