Dağlıq Qarabağda erməni əsgər hərbçi yoldaşını güllələyib - YENİLƏNİB

Dağlıq Qarabağda erməni əsgər hərbçi yoldaşını güllələyib - <span style="color: red;">YENİLƏNİB
# 29 yanvar 2018 09:01 (UTC +04:00)

Dağlıq Qarabağda erməni əsgərin ölümü ilə bağlı araşdırma aparılır.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 28-də saat 16.25-də döyüş mövqeyində baş verib.

Əsgər Ovsep Qriqoryan əsgər yoldaşının açdığı atəş nəticəsində ölüb.

Hadisəyə atəş açan hərbçinin silahla ehtiyatsız davranmasının səbəb olduğu ehtimal edilir.

Faktla bağlı cinayət işi başlanıb, hadisəni törədən əsgər tutulub.

***

11.19

Dağlıq Qarabağda erməni əsgər ölüb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, işğal altında olan Azərbaycan ərazilərindəki hərbi hissələrdən birində xidmət edən əsgər Ovsep Qriqoryan (1998-cı il təvəllüdlü) silahla ehtiyatsız davranma nəticəsində aldığı güllə yarasından ölüb.

Araşdırma aparılır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR