® VTB (Azərbaycan) “Gömrük kartı”nı təqdim edir

<font color=red>® </font> VTB (Azərbaycan) “Gömrük kartı”nı təqdim edir
# 01 dekabr 2017 12:08 (UTC +04:00)

VTB (Azərbaycan) hüquqi şəxslər üçün yeni “Gömrük kartı” məhsulunu təklif edir. Bu kart gömrük məntəqələrində gömrük vergilərini və rüsumlarını ödəmək üçün nəzərdə tutulub. Kart milli valyutada 2 və ya 3 il müddətinə buraxılır və onun qiyməti müvafiq olaraq 30 və ya 40 manat təşkil edir. Bir hesab üçün maksimum 3 kart buraxıla bilər.

Kartın üstünlüyü gömrük ödənişlərini şirkətin digər xərclərindən ayırmasına imkan verməsidir. VTB Online internet-bankinq vasitəsi ilə şirkətlər kart üzrə gömrük əməliyyatlarını izləyə, eləcə də kart hesablarını pulsuz artıra bilər. Bundan başqa, müştərilər kart ilə həyata keçirilən gömrük əməliyyatları barədə çıxarış əldə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR