Banklar dövlət vəsaiti hesabına ipoteka kreditləşməsini dayandırıb

Banklar dövlət vəsaiti hesabına ipoteka kreditləşməsini dayandırıb
# 11 aprel 2017 09:46 (UTC +04:00)

2017-ci ilin fevral ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına banklar tərəfindən 14,8 mln. manat həcmində ipoteka krediti verilib.


"APA-Economics" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, yanvar ayı ilə müqayisədə 46,5% və ya 4,7 mln. manat çoxdur. Bununla belə, bu il banklar tərəfindən 24,9 mln. manatlıq ipoteka krediti verilib. Ötən ilin fevral ayı ilə müqayisədə isə bu ilin fevral ayında banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi 74 dəfə və ya 14,6 mln manat artıb.

Cari ilin yanvar ayında olduğu kimi fevral ayında da dövlət büdcəsindən AİF-ə vəsait ayrılmayıb.

Bu ilin fevral ayında AİF 0,2 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Ötən il Bakı Fond Birjasında AİF-in 20 mln. manat həcmində istiqrazı yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin martın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 41 651,8 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,67%, aylıq ödəniş isə 299,4 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR