İsmayıllıda yük maşını və 6 ton ot yanıb

İsmayıllıda yük maşını və 6 ton ot yanıb
# 19 may 2018 12:03 (UTC +04:00)

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Talıstan kəndində qeydə alınıb. Akif Məmmədova məxsus 41-BC-523 dövlət nömrə nişanlı "Mercedes" markalı yük avtomobili ilə 6 ton ot aparılarkən qəflətən maşın yanmağa başlayıb.

Hadisə yerinə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunsa da avtomobil tamamilə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR