Goranboyda mal-qara oğurlayan şəxs saxlanılıb

Goranboyda mal-qara oğurlayan şəxs saxlanılıb
# 24 mart 2018 14:40 (UTC +04:00)

Goranboyda 4 baş iribuynuzlu mal-qara oğurlayan şəxs saxlanılıb.

APA-nın Qərb bürosunun məlumatına görə, rayon Polis Şöbəsinə Borsunlu kəndində dəyəri 5200 manat olan 4 baş iribuynuzlu mal-qaranın oğurlanması barədə məlumat daxil olub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, oğurluq hadisəsi həmin kəndin sakini 1961-ci il təvəllüdlü Qarayev Etibar Ələddin oğlu tərəfindən törədilib. Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib. Məlumata görə, saxlanılan şəxs bundan əvvəl də 37 il məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR