Çində hoteldə yanğın baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Çində hoteldə yanğın baş verib, ölən və xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 25 fevral 2017 04:52 (UTC +04:00)

Çinin Nançan şəhərində hoteldə baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, yanğın tam söndürülüb

Yanğının söndürülməsində 19 yanğınsöndürən maşın və 160 nəfər iştirak edib.

Hadisənin səbəbləri araşdırılır.

***

06:11

Çinin Nançan şəhərində hoteldə yanğın baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və təcili yardım maşınları cəlb olunub.

İlkin məlumata əsasən, yanğın hoteldə təmir işləri aparılarkən əmələ gəlib. Hadisə zamanı hoteldə neçə nəfərin olduğu məlum deyil. İnsident nəticəsində insan itkisinin olduğu istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR