Xızıda bir gündə 312 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda bir gündə 312 ədəd partlamamış hərbi sursat aşkarlanıb
# 21 sentyabr 2017 00:14 (UTC +04:00)

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, sentyabrın 20-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 312 ədəd partlamamış hərbi sursat (PHS), 94 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 210 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 897 500 kv.m (89.75 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 25 gün ərzində 7 270 ədəd partlamamış hərbi sursat (PHS), 3 759 ədəd partlamış-yanmış sursat qalıqları və 12 028 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 37 725 238 kv.m (3 772.52 ha) ərazi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR