Binəqədidə “Ey qəhrəman övladın şanlı Vətəni” adlı tədbir keçirilib

Binəqədidə “Ey qəhrəman övladın şanlı Vətəni” adlı tədbir keçirilib
# 26 may 2018 13:35 (UTC +04:00)

Binəqədi rayon İcra Hakimiyyəti (RİH), Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr edilmiş “Ey qəhrəman övladın şanlı Vətəni” adlı tədbir keçirilib.

RİH-in inzibati binasında keçirilən tədbirdə RİH başçısının vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini İlqar Süleymanov, RİH başçısının müavinləri Vüsar İsmayılov, Aygün Əliyeva, millət vəkilləri Azay Quliyev, Kəmaləddin Qafarov, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İnsan Resursları və Təlim şöbəsinin müdir müavini, “ASAN School” Könüllülük Proqramının rəhbəri cənab Cahangir Hacıyev, Anadolu Aydınlar Ocağının rəhbəri professor İbrahim Öztək, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının şöbə müdirləri, RİH başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun səhiyyə, məktəbəqədər və orta ümumtəhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, “Şahinlər” hərbi-idman oyununun qalib komandaları, ASAN Könüllüləri, fəal gənclər iştirak ediblər.

Firdovsiyyə Əhmədova bildirib ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir.

İbrahim Öztək Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirib.

Azay Quliyev isə Cümhuriyyətin irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin etdiyini deyib.

Cahangir Hacıyev 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğunu söyləyib.

İlqar Süleymanov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti genişmiqyaslı demokratik islahatlar həyata keçirib.

Çıxışlardan sonra Binəqədi rayonunda “Master-2 layihəsi çərçivəsində təcrübə müddətini uğurla bitirən ASAN könüllülərinə sertifikatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR