Masallıda avtomobillə polis əməkdaşını vurub qaçan şəxs saxlanılıb

Masallıda avtomobillə polis əməkdaşını vurub qaçan şəxs saxlanılıb
# 19 iyul 2017 10:00 (UTC +04:00)

Masallıda avtomobillə polis əməkdaşını vurub qaçan şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 18-də saat 20 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində naməlum şəxs idarə etdiyi "VAZ-21099" markalı avtomobillə həmin ərazidə xidmətdə olan Masallı RPŞ DYPB Yol Patrul Xidmətinin əməkdaşı, polis baş serjantı Qoşqar Eynalovu qəsdən vuraraq hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilən Q.Eynalovun vəziyyəti qənaətbəxşdir.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Racik Məmmədov tutulub.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR