Cəlilabadda arvadını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Cəlilabadda arvadını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib
# 12 mart 2018 12:52 (UTC +04:00)

Şirvan Apellyasiya Məhkəməsində Cəlilabadda arvadını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə İsmayılov İsmayıl Əliağa oğlunun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2017-ci ilin avqust ayında Cəlilabad şəhər sakini, 1974-cü il təvəllüdlü İsmayıl Əliağa oğlu İsmayılov aralarında yaranmış münaqişə zəminində həyat yoldaşı Sevda İsmayılovanı baş nahiyəsinə küt alətlə bir neçə zərbə endirib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən S.İsmayılova orada ölüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl İsmayılov Cinayət Məcəlləsinin 120.2.4 maddəsi ilə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR