Siyəzən oğurluq edən şəxs saxlanılıb

Siyəzən oğurluq edən şəxs saxlanılıb
# 08 fevral 2017 08:13 (UTC +04:00)

Siyəzən rayonunda yaşayış evindən oğurluq edilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayon sakini Yaşar Məmmədovun evindən tikintidə istifadə edilən texniki avadanlıqlar oğurlanıb. Mirzə Ələkbər Sabir küçəsində yerləşən evdən qarət edilən alətlərin 1710 manat dəyərində olduğu bildirilir. Hadisə yerinə baxış keçirən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən sakini 43 yaşlı Sərvər Dadaşov saxlanılaraq istintaqa təhvil verib.

S. Dadaşovun oğurladığı avadanlıqları evində saxladığı məlum olub. Aparılan araşdırmalar zamanı Sərvər Dadaşovun bundan əvvəl də silsilə oğurluqlar törətdiyi məlum olub. O, 4 dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR