Səlim Müslümov: “Yaxın zamanda muzdlu işçisi olmayan fiziki şəxslər sosial sığorta üzrə hesabat verməyəcək”

Səlim Müslümov: “Yaxın zamanda muzdlu işçisi olmayan fiziki şəxslər sosial sığorta üzrə hesabat verməyəcək”
# 24 yanvar 2017 08:47 (UTC +04:00)

"Muzdlu işçisi olmayan fiziki şəxslərin hesabat verməkdən azad olunmasının mövcud qanunvericilikdə öz əksini tapması üçün hazırda sosial sığorta haqqında qanuna dəyişikliklər hazırlanır.

APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında bildirib.

“Biz bu məsələdə ona görə gecikdik ki, əsas diqqətimizi fərdi uçot üzrə olan hesabatla sosial sığorta üzrə olan hesabatın birləşdirilməsi məsələsinə yönəltdik. Bu proses baş verdi və bu il artıq 2016-cı il üçün hesabatlar birləşdirilmiş qaydada, vahid hesabatla elektron şəkildə təqdim olunacaq. Bundan sonra biz növbəti addım kimi həmin fiziki şəxslərin hesabat vermək öhdəliyini ortadan qaldıracağıq. Hazırda bunun üzərinə iş gedir və mən belə düşünürəm ki yaxın zamanlarda biz bu prosesə son qoyacağıq”, - deyə nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR