“İnzibati icraat haqqında” qanuna uyğun olaraq bələdiyyələr tərəfindən pul tələbinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi sahəsində müsbət iş təcrübəsi üzrə metodoloji iş aparılıb.
APA xəbər verir ki, bu, fevral ayının 18-də Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılacaq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzə”də əksini tapıb.
Qeyd edilib ki, belə inzibati aktların qəbul edilərək məcburi icraya yönəldilməsi halları 4 dəfə artıb.
İcra məmurları tərəfindən həmin aktlar üzrə 500 min manatdan çox vəsaitin yerli büdcələrə ödətdirilməsi təmin edilib.