Mirvari Fətəliyeva: "Biz onları dövlətimizə qarşı çirkin oyundan çəkinməyə çağırırıq"

Mirvari Fətəliyeva: "Biz onları dövlətimizə qarşı çirkin oyundan çəkinməyə çağırırıq"
# 09 aprel 2018 20:58 (UTC +04:00)

“Bu gün Avropada, xüsusilə Fransada yaşayan azərbaycanlılar tarixi vətənləri Azərbaycanda baş verən hər bir hadisəni həyəcanla izləyir. Bununla bağlı xaricdən vətənimiz Azərbaycana qarşı hər hansı bir çirkin cəhdi və təxribatı qətiyyətlə pisləyirik”.

Bunu APA-ya Fransada Paris Azərbaycan Evinin sədri, Avropa Azərbaycanlıları Konqresinin İdarə heyətinin üzvü Mirvari Fətəliyeva bildirib.

O qeyd edib ki, 100 il əvvəl Sovet işğalından mühacir etmiş Fransada yaşayan azərbaycanlılar Cümhuriyyət qurucularımız kimi Azərbaycan dəyərlərinin, milli xüsusiyyətlərinin, əsasən həqiqətlərinin təbliğində fəaldırlar: “Azərbaycan müstəqil olduqdan sonra ciddi inkişaf yoluna qədəm qoyub və regionda aparıcı ölkədir. Xaricdə yaşayıb ürəyi vətən eşqi ilə döyünən hər bir azərbaycanlı bundan qürur duymalıdır. Biz, Fransada yaşayan azərbaycanlılar bu gün Azərbaycan dövlətinin apardığı xarici siyasətin ətrafında sıx birləşərək yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən hələ də işğalı davam edən torpaqlarımız ilə bağlı həqiqətlərin yayılmasında daha da fəal olmalıyıq. Xaricdə yaşayan əsl azərbaycanlıların tək istəyi bu olmalıdır. Xaricdə yaşayan azərbaycanlılar informasiya əsrində daha diqqətli, daha operativ olaraq tarixi vətənimiz Azərbaycan dövlətinə bir diaspor kimi var gücümüzlə həmrəyliyimizi əsirgəməməliyik. Bu gün güclü, müstəqil Azərbaycan dövləti nəinki ölkədə yaşayan azərbaycanlılar, o cümlədən xaricdə yaşayana azərbaycanlılar üçün də dayaq nöqtəsidir. Biz xaricdən bunu həzm edə bilməyən müxtəlif, bəzi hallarda da içimizdən olan xainlərin vasitəsilə təhqir və qarayaxma kampaniyası aparan dairələrə bildirmək istəyirik ki, güclü Azərbaycan dövlətinin xaricdə də güclü diasporu var və onlar istəklərinə çata bilməyəcəklər”.

Diaspor rəhbəri bildirib ki, hər kəs fərqli düşüncə və əqidə sahibi ola bilər, amma bu gün fikirlərini müxalifət adı altında söyüş və təhqirlərlə bildirənlər, gələcəkdə Azərbaycan qarşısında bəlkə də özlərinin də bağışlaya bilməyəcəyi ən səhv yoldadırlar: "Biz onları dövlətə qarşı bu çirkin oyundan çəkinməyə çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR