Lənkəranda keçmiş məhkumdan xeyli tiryək və təsiredici maddə götürülüb

Lənkəranda keçmiş məhkumdan xeyli tiryək və təsiredici maddə götürülüb
# 28 dekabr 2016 11:32 (UTC +04:00)

Lənkəranda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə olan tiryək və güclü təsiredici maddə aşkarlanıb.

Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) təhqiqat bölməsinin rəisi Səadət Qənbərov məlumatı verib. Onun sözlərinə görə, bu gün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonunun Digah kənd sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Yalçın Güləhməd oğlu Məmmədovun idarə etdiyi minik avtomobili saxlanılıb. Yoxlama zamanı avtomobildən və sürücünün yanındakı sərnişin, Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Əbülfəz Xanağa oğlu Cəbiyevin üzərinə baxış zamanı 2 kiloqramdan çox tiryək, 146 ədəd plastik qutuda güclü təsiredici maddə “Maytreks” həbi aşkarlanaraq götürülüb.

Ə. Cəbiyev narkotiki ona Astara rayonunda tanımadığı şəxs tərəfindən verildiyini, Y. Məmmədov isə bu işdə yalnız sürücü qismində iştirak etdiyini bildirib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR