Azərbaycan və Aİ ekspertləri su məlumatlarının idarəçiliyini araşdırırlar

Azərbaycan və Aİ ekspertləri su məlumatlarının idarəçiliyini araşdırırlar
# 21 noyabr 2017 10:08 (UTC +04:00)

Avropa İttifaqının Avropa Qonşuluq Aləti (ENI) Birgə Ekoloji İnformasiya Sistemi (SEİS) II Şərq layihəsi çərçivəsində Azərbaycan və Avropa Ətraf Mühit Agentliyinin su üzrə ekspertləri su ehtiyatlarının idarəçiliyi ilə bağlı siyasətin formalaşdırılmasına və həyata keçirilməsinə dəstək verəcək koordinasiya edilən su informasiya sisteminin yaradılması məqsədilə seminar başlayıb.

ETSN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda paylaşılan ekoloji informasiya, o cümlədən su – ekosistemlər, cəmiyyət və iqtisadiyyat da daxil olmaqla planetimizdəki hər kəs üçün həyati əhəmiyyətli resurs barəsində informasiya məsələlərinə diqqət yetiriləcək.

Qeyd edək ki, Birgə Ekoloji İnformasiya Sistemi (SEİS) II Şərq layihəsi Avropa İttifaqının Avropa Qonşuluq Aləti (ENI) tərəfindən maliyyələşdirilir. Layihənin məqsədi Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin dərinləşdirilməsi və ekoloji idarəetməni gücləndirərək ətraf mühitin mühafizəsinin təşviqinə dəstək verməkdir. Layihə öz fəaliyyətini 2010-2015-ci illərdə Şərq Tərəfdaşlığı ölkələrində, o cümlədən Azərbaycanda həyata keçirilmiş öncəki əməkdaşlıq fəaliyyətləri və tədbirləri üzərində qurur.

Seminar iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR