Roma Papası neft şirkətlərinin rəhbərləri ilə görüşəcək

Roma Papası neft şirkətlərinin rəhbərləri ilə görüşəcək
# 02 iyun 2018 02:47 (UTC +04:00)

Roma Papası Fransisk iqlim dəyişikliyi problemini müzakirə etmək məqsədilə dünyanın aparıcı neft şirkətlərinin rəhbərləri ilə görüşəcək.

APA-nın məlumatına görə, bu barədə “Associated Press” agentliyi Vatikanın rəsmi nümayəndəsinə istinadən xəbər verib.

Görüşün iyunun 8-9-a planlaşdırıldığı bildirilir. Görüşə dəvət alan şirkətlərin adları açıqlanmır. Bununla belə, “BP” şirkətinin başçısı Robert Dadli və “Exxon Mobil”-in rəhbəri Darren Vuds görüşdə iştirak edəcəklərini təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR