Elmar Vəliyevə qarşı sui-qəsdin iştirakçılarından biri məhv edilib

Elmar Vəliyevə qarşı sui-qəsdin iştirakçılarından biri məhv edilib
# 25 iyul 2018 12:19 (UTC +04:00)

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə iştirak edən şəxslərdən biri məhv edilib.

APA-nın məlumatına görə, Yunis Səfərovla birlikdə E. Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Müəyyən olunub ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR