Poroşenko Nyu-Yorkda Ərdoğanla görüşüb

Poroşenko Nyu-Yorkda Ərdoğanla  görüşüb
# 21 sentyabr 2017 01:32 (UTC +04:00)

Sentyabrın 20-də Nyu-Yorkda Ukrayna prezidenti Petro Poroşenko və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat katibliyinin açıqlamasında bildirilir.

Söhbət zamanı tərəflər Kiyevdə keçiriləcək Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şurasının 6-cı toplantısına hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məlumata görə, Türkiyə prezidenti bir daha Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Qeyd edək ki, Poroşenko və Ərdoğan Nyu-Yorkda BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR