Bakıda yük maşını qadını vuraraq öldürüb

Bakıda yük maşını qadını vuraraq öldürüb
# 07 dekabr 2016 08:13 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində qəsəbə sakini İlqar Tahirov idarə etdiyi "UAZ-3303" markalı avtomobillə yolu keçən paytaxt sakini Xumar Abdinovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən X.Abdinova orada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR